Daha bir bank müflis oldu - Azərbaycanda

Daha bir bank müflis oldu -   Azərbaycanda

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib. 

Aktual.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən APA-ya verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də məhkəməyə müraciət edib.

Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib. 

 
Xəbər 1241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR