Daha 13 kənddə oduna son

Daha 13 kənddə oduna son

Dekabrın 10-da Saatlı, Sabirabad, Zaqatala, Lənkəran və Bərdə rayonlarının daha 13 kəndinə təbii qaz verilib.

Aktual.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sabirabad rayonunun Çiçəkli kəndinə ilk dəfə təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, 228 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 946 metr olan polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zaqatala rayonunun 826 abonenti olan Car və Abaəli kəndlərinə də ilk dəfə təbii qaz verilib. Vurğulanıb ki, qazlaşdırma işləri zamanı ümumilikdə 69 506 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 826 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün lənkaranlılar üçün də əlamətdar olub; Lənkəranın daha 2 kəndi ilk dəfə “mavi yanacaq”la təchiz edilib. Bu münasibətlə keçirilmiş mərasimdə bildirilib ki, ümumilikdə 489 abonenti olan Tükəvilə və Talışlı kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 628 metr uzunluğunda metal və polietilen boru xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Saatlı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 1116 abonenti olan Seyidlər, Qaracalar, Gomuşçu, Varxan və Qaralar kəndlərinin qaz təchizatının bərpası məqsədilə təxminən 89,4 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bundan başqa, Bərdə rayonunun ümumilikdə 319 abonenti olan Mirzəxan Qaraqoyunlu, Vəliuşaqlı və Kolayır kəndlərinə də təbii qazın verilişi bərpa olunub. Qeyd edilib ki, qazlaşdırma işlərində 22,7 kilometrdən artıq metal borulardan istifadə edilib, hər bir abonent ayrıca sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR