DÇ-2022: İngiltərə millisi İranı darmadağın etdi

DÇ-2022: İngiltərə millisi İranı darmadağın etdi
  • İDMAN

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura start verilib.
 
Aktual.az-ın məlumatına görə, İngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb. "Xəlifə" stadionunda keçirilən görüşdə Avropa təmsilçisi rəqibini darmadağın edib - 6:2
 
Hesabı 35-ci dəqiqədə Cud Bellingem açıb. 43-cü dəqiqədə Bukayo Saka ikinci topu asiyalıların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rahim Sterlinq rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 62-ci dəqiqədə Saka özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 65-ci dəqiqədə İran millisindən Mehdi Taremi buraxılan toplardan birinin əvəzini çıxıb. 71-ci dəqiqədə Markus Reşford rəqibi 5-ci dəfə məyus edib. 90-cı dəqiqədə Cek Qriliş hesab arasındakı fərqi artırıb - 6:1. Son nöqtəni isə 90+13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Taremi qoyub.

İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.
 
Qeyd edək ki, B qrupunun digər matçında ABŞ seçməsi Uelsi sınağa çəkəcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR