Cüdoçularımıza 50 min dollar mükafat verilib

Cüdoçularımıza 50 min dollar mükafat verilib
  • İDMAN

Azərbaycanın 3 cüdoçusunun hər birinə 50 min dollar mükafat verilib. 

Aktual.az Report-a istinadən xəbər verir ki, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən mükafatlandırılıblar.

Onlar yüksək məbləğdə qazancı öz çəki dərəcələri üzrə İJF reytinqində 2016-cı ilin ilk pillədə başa vurduqları üçün əldə ediblər. Orucov İJF-nin rəsmi saytına açıqlamasında deyib: 

"2016-cı ili ilk pillədə başa vurduğum üçün çox şadam. Ötən il mənim üçün uğurlu oldu. Avropa çempionatında qızıl, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazandım. Bu hədiyyəyə görə İJF prezidenti Marius Vizerə minnətdaram”.

Qeyd edək ki, ümumilikdə 14 çəki dərəcəsində reytinq siyahısına başçılıq edən 7 kişi və 7 qadın cüdoçu mükafata layiq görülüb. 
 
Aktual.az 
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR