Coğrafiya İnstitutu: Sürüşmə artacaq

Coğrafiya İnstitutu: Sürüşmə artacaq

Yaxın günlərdə havaların yağıntılı keçəcəyinin proqnozlaşdırılması ilə əlaqədar bəzi sürüşmə ərazilərinin fəallaşacağı gözlənilir.

Aktual.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O qeyd edib ki, son günlər ərzində havanın yağıntılı keçməsi və yaxın 1 həftə ərzində də havanın yağıntılı keçəcəyinin gözlənilməsi yalnız çaylarla bağlı deyil, həm də sürüşmə əraziləri ilə bağlı problemin yaranmasına - ərazilərin fəallaşmasına gətirib çıxara bilər.

Hazırda ölkə ərazisindəki sürüşmə sahələrində nisbi fəallaşmanın olduğunu deyən E.Əlizadə bildirib ki, amma 1 həftə ərzində yağıntılar davam edərsə, problemin kəskinləşəcəyini gözləmək olar.

İnstitutun direktor müavinin sözlərinə görə, sürüşmə ərazilərinin fəallaşması Böyük Qafqazın cənub-şərq yamacında, xüsusilə İsmayıllı, Şamaxı zonasında və Böyük Qafqazın şimal-şərq yamacında - Şabran, Xızı, Siyəzən, Quba zonasında, qismən isə Qusarda, eyni zamanda Lənkəran zonasında gözlənilir:

“Hazırda nisbi fəallaşma var. Amma onu hələ ki, biz hiss edirik, oradakı sakinlər hiss etmir. Bu 1 həftə ərzində də rütubətli hava davam edərsə, orada fəallaşmanı gözləmək olar. Bakı-Şamaxı-İsmayıllı yolunda, Bakı-Şamaxı-Ağsu yolunda, eyni zamanda Gədəbəy-Daşkəsən zonasında, xüsusilə Gədəbəydəki sürüşmə sahələrində fəallaşma gözləmək olar”.

Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR