Con Kerri qərəzli bəyanatlarla Azərbaycanı haqq yolundan döndərə bilməz - Deputat

Con Kerri qərəzli bəyanatlarla Azərbaycanı haqq yolundan döndərə bilməz  - Deputat

"Con Kerrinin bu bəyanatı beynəlxalq hüquq normalarına, hüquqi standartlara ədalətsiz yanaşmasıdır".

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib. Deputat qeyd edib ki, Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi “Liderlər buna hazır deyillər” açıqlaması ikili standartların bariz nümunəsi kimi qiymətləndirilməklə son 30 illik siyasi fəaliyyətinin nəticəsizliyi kimi başa düşülür: "BMT təhlükəsizlik şurasının qəbul etdiyi 4 qətnaməyə obyektiv, ədalətli mövqe bildirməyən Con Kerri erməniləri hər vəchlə müdafiə edən cılız, məntiqsiz bəyanatlar verməklə siyasi gündəlikdə qalmaq istəyindən başqa bir şey deyil. Onu 1 milyondan artıq qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlının taleyi narahat etmir. Dünya bilir ki, Azərbaycan işğala məruz qalıb. Ancaq ədalətli yanaşma hiss olunmur. Hələ indiyə qədər haqq ədalət bərpa olunmayıb. Əyər ABŞ dünya dövlətlərindən insan haqlarına hörmət, demokratiya, ədalət tələb edirsə, ilk növbədə bu cür münaqişələrin ədalətli həllinə nail olmalıdır. Con Kerrinin bu cür bəyanatı erməni lobbisinə xidmət etməsini bildirməklə bu cür münaqişələrin nəinki həllinə nail olmur, üstəlik yenilərinin yaradılmasına xidmət edir. Con Kerri onu da bilməlidir ki, bu cür qərəzli bəyanatlarla Azərbaycanı haqq yolundan döndərə bilməz."

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR