ABŞ-ın dövlət katibi Con Kerri Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzVision.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, ABŞ Prezidenti Barak Obama və Amerika xalqı adından xalqımızı təbrik edərək dövlət katibi Con Kerri illərdir ABŞ-ın və Azərbaycanın Avropanın daxilində və hüdudlarından kənarda onun təhlükəsizliyi və tərəqqisi uğrunda birgə çalışdıqlarını vurğulayıb.
Dövlət katibi Con Kerri qeyd edib ki, Azərbaycan Avropa bazarlarının enerji ilə təminatında mühüm rola malikdir. ABŞ Azərbaycanın regionda enerji şaxələndirilməsinin genişləndirilməsi istiqamətindəki səylərini tam dəstəkləyir.
O deyib: “ABŞ hökuməti terrorçuluğa qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir”.
Con Kerri, həmçinin Amerika Birləşmiş Ştatlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməkdə sadiq olduğunu da qeyd edib.