Cocuq Mərcanlıda yeni qəsəbə salınacaq

Cocuq Mərcanlıda yeni qəsəbə salınacaq

"Prezident İlham Əliyevin tapşırığı ilə yaxın gələcəkdə Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndi ərazisində yeni qəsəbənin inşası planlaşdırılır”.

"Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cocuq Mərcanlı kəndində planlaşdırılan bərpa işlərinin müzakirəsi zamanı baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə 150-200 ailə yerləşdirmək mümkün olacaq: "Ancaq ora köçürüləcək ailələr əkin, biçin, maldarlıqla məşğul olaraq gündəlik təlabatlarını ödəməli, özlərini dolandırmalıdırlar”.
 
Aktual.az
Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR