CNN Camal Qaşıqçının ölüm qabağı dediyi son sözləri nəşr edib

CNN Camal Qaşıqçının ölüm qabağı dediyi son sözləri nəşr edib
  • DÜNYA

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının ölüm qabağı dediyi son sözlər nəfəs ala bilməməsi olub.


"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İstanbulda jurnalistin qətli zamanı qeydə alınan audioyazını dinləyən mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.

"Nəfəs ala bilmirəm”, – deyə mənbə Qaşıqçının son sözlərini sitat gətirib.

Teleşirkətin məlumatına görə, audioyazıda jurnalistlə əlbəyaxa və sonradan onun meyitinin doğranması anının səs-küyünü boğmaq üçün xüsusi olaraq qoşulmuş musiqi səsi eşidilir.

Mənbənin sözlərinə görə, audioyazı onu göstərir ki, Qaşıqçının qatilləri müntəzəm olaraq telefonla zəng ediblər və baş verənləri məruzə ediblər.

Bundan əvvəl ABŞ-da bir qrup senator "Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıb.

 
Aktual.az
Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR