Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb.

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
 
Aktual.az
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR