Cəbrayılda şirkət əməkdaşı MİNAYA DÜŞDÜ - RƏSMİ

Cəbrayılda şirkət əməkdaşı MİNAYA DÜŞDÜ - RƏSMİ

Noyabrın 2-si Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
 
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.
 
Mina partlayışı nəticəsində "İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR