Camal Qaşıqçının qətli ilə bağlı 20 şübhəliyə qarşı ittiham irəli sürülüb

Camal Qaşıqçının qətli ilə bağlı 20 şübhəliyə qarşı ittiham irəli sürülüb

Jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı İstanbul Baş Prokurorluğu 20 Səudiyyə Ərəbistanı vətəndaşı haqqında ittiham aktı hazırlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin "Sabah” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqı başa çatıb. Şübhəlilərdən 18-nə qəsdən adamöldürmə ilə, ikisinə isə öldürməyə təhrik etmə ilə bağlı ittiham iərli sürülüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistan əsilli Camal Qaşıqçı evlənmək üçün sənədləşdirmə işləri ilə əlaqədar 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedib və orada qətlə yetirilib.
Xəbər 169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR