Cahandar BAYOĞLU:Azərbaycan dövlətinin varlığı, dağıdıcılığı, qisasçılığı, qarşıdurmaları, İntiqam hisslərini rədd edir

Cahandar BAYOĞLU:Azərbaycan dövlətinin varlığı, dağıdıcılığı, qisasçılığı, qarşıdurmaları, İntiqam hisslərini rədd edir

Azərbaycan dövlətinin varlığı, milli ağızbirliyi, yurddaşlıq barışı, sivil siyasi mühüt tələb edir.

Dəyərli yurddaşlar, sevimli soydaşlar aşağıdakı yazımı 27 iyıl 2019-cu il tarixində yazmışam. Düşünürəm ki, bu yazı indi daha da aktualdır və geniş şərhə ehtiyac var.
Son bir ilin yekün nəticələrinin təhlilini apardığımızda götürük ki, gerçəkdən keçmiş sovet dövründə istər kommunist-konsomol momenklaturasında olan və istərsə də hərbi və güvənlik qurumlarında çalışanlar getdikçə bağımsız Azərbaycanımıza yük olaraq onu qorumağa deyil, dağıtmağa, milli dəyərlərimizi tapdalamağa, dövlətin maddi-mənəvi gücünü məhv etməyə, Azərbaycanı erməni-rus kimi düşmən güclərin ayağına atmağı göz önünə alanlardırlar. Bu gün həmin qüvvələrin iqtidarda bir vaxtlar formalaşdırdığı iriçəklili bürokratlar, parlamentarlar, iş adamları, müxalifət adı ilə görünən çoxsaylı partiya ordusu dolayı yolla qisasçılıqla Azərbaycanı məhv etmək havasındadırlar. Çünkü bu qüvvələrin başları başqa yerdə ,əlləri başqa cibdədir. Bunlar həm də ona görə təhlikəlidirlər ki, hər rəngə boyanmağı və dona girməyi çox yaxşı bacarırlar, milləti populistcəsinə asanlıqla aldada bilirlər.
Azərbaycan dövlətinin varlığı dağıdıcılığı, qisasçılığı, qarşıdurmaları, intiqam hisslərini rədd edir.
Azərbaycan dövlətinin varlığı üçün milli ağızbirliyi, yurddaşlıq barışı, sivil siyasi mühüt tələb edir.
Seçim Azərbaycan xalqınındır. Ya birincini seçib məhv olacaq, ya da ikincini seçib dünya milləti olacaq.
Məncə Uca Millətimiz ikinciyə haqq edir və onu seçib.
Əziz millətim ikincini seçməklə sən həm də birincilərə amnistiya vermiş olarsan. Tək bir şərtlə. Dövlətin və millətin haqqını çalanlar Dövləti Alinin qarşısında diz çöküb, millətdən üzür istəyib, oğurladıqlarını könüllü şəkildə geri qaytarsınlar.
Bütün bunlar könüllülüklə gerçəkləşərsə, aşağadakılar da öz ədalətli gerçəkləyini tapmış olacaq.
27/07/2019
"Azərbaycan Respublikasında milli ağızbirliyi, yurddaşlıq barışı üçün aşağıdakı addımların atılması vacibdir:
1. 70 yaşa çatmış və ya yaşları daha çox olanlar dövlət görəvində təmsilçiliyi yasaqlanmalıdır.
2. 50 yaşı üstündə olan Azadlıq Mücadiləsi öncüllərinə "İstiqlal Ordeni” verib, dövlət əməkliliyinə ayırmalı, siyasətlə məşğul olmaları qadağan edilməlidir.
3. 50 yaş üstündə olan keçmiş komsomol, kommunist rejiminin bürokratiyasında yer almış və görəv daşıyanları dövlət əməkliliyinə ayırıb, siyasətdən uzaq tutulmalıdırlar.
4. Keçmiş Sovetlər Birliyinin hərbi və güvənlik qurumlarında çalışanlar görəvdən ayırıb, əməkliliyə göndərilməlidirlər.
Bütün bunlar gerçəkləşəndən sonra, yurddaşların mülkiyyət , seçib, seçilmək hüquqları tam sərbəstləşməlidir.”
Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR