Cahandar BAYOĞLU: Elçibəy fiziki varlıqdan çox, ideyadır!

Cahandar BAYOĞLU: Elçibəy fiziki varlıqdan çox, ideyadır!


   Elçibəyçilik- Azərbaycan mərkəzli siyasət aparmaqla Türklüyün əzilməsinin qarşısında durmaqdı, Bütöv Azərbaycan uğrunda mübarizədi, Türk dünyasına sahiblənməkdi. 
 
  Son günlər Elçibəy şəxsiyyətinə qarşı yeni bir dalğalanma var. Bu dəfəki hücumların görünən tərəfi Elçibəy "komandası”kimi tanınan Sülhəddin bəy Əkbər və onun kimi düşünənlərdi. Elçibəyi savunanlar daha çox Sülhəddin bəyin ittihamı ilə üzləşən "komanda” üzvləri və xalqın böyük əksəriyyəti və aydınlardı. 
Əslində Sülhəddin bəy kimi düşünən adamlar, özünü Elçibəyçi kimi tanıdan müxalifət partiyalarında çoxunluqdu. İstər Musavat Partiyasında, istər Xalk Cəbhəsi Partiyasında görüntüdə Partiya sədrlərindən və bir neçə funksionerindən başqa çoxunluq Elçibəyə qarşı yüklənmiş adamlardı. Partiya üzvlərinin belə düşünmələrinin səbəbkarı Elçibəyçi görüntüsü verməyə çalışan Partiya başqanları və sədrləridi. Məqsəd 30 illik uğursuzluklarını, yarıtmaz siyasətlərini Bəyin adına bağlamaqla varlıqlarını qorumaqdı. Bele olduğu halda "Elçibəyçi” görüntüsü vermək nəyə lazımdı sualı ortaya çıxır. Əziz oxucu bu ondan ötəri lazımdı ki, xalqın içərisində Elçibəy sevgisi güclüdü və bunlara da tərəfdar qazanmaq lazımdı. Onlar Partiylarında anti elçibəyçilər güçləndirməklə , xalqa "Elçibəyçilik” sırımağı siyasətin ustalarıdır obrazı yaradırlar kimi xəyalındadılar. Əgər belə deyilsə, onda partiyalarında bu qədər antielçibəyçi necə formalaşıb sualının cavabı olmalıdı. Əziz oxucu mən yanlışamsa qonşularınızdan, qohumlarınızdan Müsavatçı və Xalq Cəbhəsinin üzvü olanları danışdırın. Böyük əksəriyyətinin aşağı yuxarı Sülhəddin bəy kimi danışacağının şahidi olacaqsınız. Tək fərq liderlərinə toz qondurmamaq olacaq. 
Əziz oxucu Elçibəyçilik Partiya başqanlarının Elçibəy rəsmini başlarının üstündən asmaq deyildir. Elçibəyçilik, Elçibəy düşmənləri, dövlət düşmənləri ilə bloklaşmak deyildir. 
Elçibəyçilik Azərbaycan Respublikasında Azərbaycan mərkəzli siyasət aparmaqla Türklüyün əzilməsinin qarşısında durmaqdı, Bütöv Azərbaycan uğrunda mübarizədi, Türk dünyasına sahiblənməkdi. Elçibəyin rəsmini asma, adını belə dilə gətirmə, amma millətin ideyaları uğrunda mübariəe apar, bax budur Elçibəyçilik. 
Amma bu gün Elçibəyin rəsmini asanlar Azərbaycan mərkzli demokratik bütöv Azərbaycan, Türklük davası aparırlarmı , təbii ki yox. Elçibəy adı onlara tərəfdar toplamaq üçün lazımdı.
Bu partiyaların gözləri ya Amerikadadı, ya Avropada, ya Moskvada, ya da Tehranda. Bəziləri də yerli para babaları mafiozların əlinin altında. Bu, para babaları da kürəsəlçi güçlərin qucağında. 
Əziz oxucu gerçək qərarı sən vermisən, yenə də sən verəcəksən. Sən görüntülərə deyil, əməllərə inanacaqsan . Bu ölkədə Azərbaycan mərkəzli ( gözü orda burda olmayan) siyasət yürüdənlərin, Türklüyün, Bütöv Azərbaycanın yanında olacaqsan.

Cahandar BAYOĞLU

Turan Partiyası GK Başqanı

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR