Üç ayda 253 nəfər peşə kurslarına cəlb edilib

Üç ayda 253 nəfər peşə kurslarına cəlb edilib

Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 253 nəfər əmək bazarının tələblərinə uyğun müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Təhsil Nazirliyi ilə birgə hazırlanaraq təsdiq edilən tədris proqramları əsasında təşkil olunan kursları bitirənlərə bu barədə sertifikatlar təqdim olunub. Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi işləri də aparılır.
Xəbər 173 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR