Buzlu yollarda yıxılan 39 nəfər xəstəxanaya yerləşdirilib

Buzlu yollarda yıxılan 39 nəfər xəstəxanaya yerləşdirilib

Ötən üç gün ərzində Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq əzilən və travma alan şəxslərin sayı açıqlanıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev "Report”a deyib ki, ötən üç gün ərzində stansiyaya daxil olan çağırışların sayı artıb: "Son üç gündə yıxılaraq əzilən, yəni travma alan 42 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onlardan 39-u xəstəxanaya yerləşdirilib".
 
Aktual.az
Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR