Bu yollarda rənglənmə işləri aparılacaq

Bu yollarda rənglənmə işləri aparılacaq

İşlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50-60-cı km-də və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometrlik hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər axşam saatlarınadək yekunlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Aktual.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Aktual.az
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR