Bu türk ölkəsindən ərazi bütövlüyümüzlə bağlı bəyanat

Bu türk ölkəsindən ərazi bütövlüyümüzlə bağlı bəyanat

Qazaxıstan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.
Aktual.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
"Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edir və bütün məsələlərin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə və normalarına uyğun olaraq siyasi-diplomatik yol ilə həll olunmasına tərəfdar olduğunu bildirir”, - Qazaxıstan XİN-in bəyanatında qeyd edilib.
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR