Bu şirkətlər Azərbaycandan gedir

Bu şirkətlər Azərbaycandan gedir

Azərbaycanda fəaliyyət göstərən iki şirkətin filialı ləğv olunub. Bunlar “Elit” MMC və “Capital İnvestment Menecment LTD” şirkətinin filiallarıdır. 

Aktual.az  xəbər verir ki, Vergilər Nazirliyindən Fins.az-a verilən məlumata görə, həmin şirkətlərin kreditorları öz tələblərini müvafiq ünvanlardakı komissiyalara bildirə bilərlər.

“Elit” MMC-nin kreditorları öz tələblərini Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə, “Capital İnvestment Menecment LTD” şirkətinin kreditorları isə Bakı şəhəri, İzmir küçəsi 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2 ünvanına müraciət edə bilərlər.

Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR