Bu şəxslər ABŞ-a buraxılmayacaq - Tramp sərəncam imzaladı

Bu şəxslər ABŞ-a buraxılmayacaq - Tramp sərəncam imzaladı
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp tibbi sığorta və ya tibbi xərclər üçün vəsaitləri olmayan miqrantların ölkəyə girişini məhdudlaşdıran sərəncam imzalayıb.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin saytında dərc edilmiş sənəddə bildirilir.
Sənədə əsasən, miqrantlar ölkəyə giriş tarixindən 30 gün ərzində tibbi sığorta və ya tibbi xərclər üçün vəsaitlərin mövcudluğunu nümayiş etdirməlidir. Başqa sözlə, miqrantın ölkəyə girişi zamanı 30 gün ərzində qüvvədə olan tibbi sığortası olmalıdır. Əks təqdirdə əcnəbi mümkün tibbi xərcləri ödəmək üçün kifayət qədər maliyyə vəsaitlərinə malik olmalıdır. Əgər bu şərtlərdən nə birincisi, nə də ikincisi yoxdursa, onda onun ABŞ-a girişi dayandırılacaq və məhdudlaşdırılacaq.
Qeyd edilir ki, sərəncam onun qüvvəyə minməsinə qədər xüsusi miqrant vizası alan, həmçinin IR-5 (ABŞ vətəndaşlarının valideynləri üçün), SB-1 (daimi sakinin qayıdışı üçün), IR-2 IR-3, IR-4, IH-3 və ya IH-4 vizaları olan şəxslərə şamil edilmir. Bundan başqa, yeni qaydalar hər hansı başqa vizaların sahiblərinə toxunmayacaq.
Sərəncam 3 noyabr 2019-cu il tarixindən qüvvəyə minir.
Xəbər 1133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR