Bu şənbə Azərbaycanda “sükut günü”dür

Bu şənbə Azərbaycanda “sükut günü”dür

Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i, bu həftənin şənbə günü Azərbaycanda "sükut günü”dür.

Aktual.az "Report”a istinadən xəbər verir ki, parlament seçkiləri ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni "sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Belə ki, seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR