Bu şəhərdə təbii xəz geyimlərin satışı qadağan olunacaq

Bu şəhərdə təbii xəz geyimlərin satışı qadağan olunacaq
  • DÜNYA

2021-ci ildən etibarən ABŞ-ın Los Anceles şəhərində təbii xəz geyim və aksesuarlarının istehsalı və satışı qadağan olunacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Şəhər Şurasının qərarında deyilir.
Bununla da Los Anceles təbii xəzin satışını qadağan edən ABŞ-ın ən iri şəhəri olacaq.

Qeyd edək ki, statistik məlumatlara əsasən 2014-cü ildə xəz məmulatlarının dünya bazarında satışından 35,8 milyard dollar gəlir əldə olunub. Ancaq son illərdə "Versace", "Gucci", "Tommy Hilfiger" şirkətlər təbii xəzdən imtina edərək süni xəzdən geyimlərə üstünlük verir.
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR