“Bu şəhərdə” artıq ATV-də - Əməkdar artistlər aparıcılıq edəcək

“Bu şəhərdə” artıq ATV-də - Əməkdar artistlər aparıcılıq edəcək

"Bu şəhərdə”nin məşhur simaları, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov yeni mövsümdən ATV kanalında aparıcılıq edəcəklər.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rafael və Coşqunun yeni layihəsinin adı "Bu şəhərdə 2050” adlanacaq. Bununla yanaşı, efirdə yayımlanan və yayımlanmayan konsertlərdən görüntülər də telekanalda yer alacaq. 

Xəbəri Qaynarinfo-ya ATV-dən təsdiq ediblər. Telekanaldan onu da bildirdilər ki, "Bu şəhərdə”nin ikinci layihəsinin də müzakirəsi gedir. Bununla bağlı isə layihə öz təsdiqini tapdıqdan sonar ətraflı məlumat veriləcək.
Xəbər 760 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR