"Gənc balalarımızın
sərbəst həyatda ilk addımlarını belə uğurla atmaları, ölkəmizi şərəflə təmsil
etmək üçün bu qədər istəkli olmaları qəlbimi dağa döndərdi.Ona görə də ilk
fürsətdə bu dəyərli gənclərlə görüşdüm, onları təbrik etdim. Eyni zamanda həvəsləndirici
xarakter daşısa belə əziz hemyerlilərimi mükafatlandırmağı özümə borc bildim”
Aktual.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov
Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən rayon idmançıları ilə
görüşdən sonra təəsüratlarını bölüşərkən söyləyib.
"Böyük fəxr və qürurla "Zirvə” İdman Klubunun yetirmələri olan,
"Lerik-Zirvə” komandası adı altında "Ağır atletika” üzrə bizləri uğurla təmsil
edən, rayonumuzun Piran kənd sakinləri olan gənclərimiz haqda məlumatı diqqətinizə
çatdırıram. Fuqan Əliyev –
Yeniyetmələr arasında Respublika, Avropa çempionu, Türkiyədə keçirilən uşaq oyunları
festivalında 2-ci yer mükafatçısı; İsmayıl Məmmədov – Beynəlxalq dərəcəli İdman
ustası, Yeniyetmələr üzrə Avropa 3-cüsü, Respublika
çempionu; Əlimərdan Alxasov – Respublika çempionu, "Zirvə” İdman Klubunun təşkil
etdiyi Dünya çempionatında 2-ci yer sahibi, Türkiyədə keçirilən uşaq oyunları
festivalında 2-ci yer mükafatçısı; Saleh Alxasov – Yeniyetmələr üzrə Respublika
çempionu.
16-17 yaşlı gənclərimizin
əldə etdiyi bu uğurlar artıq Azərbaycanın dünya miqyasında sözün həqiqi mənasında
idman ölkəsinə çevrildiyinin bariz göstəricisidir. Bu gənclərin timsalında ölkəmizdə idmanın
inkişafına, dərəcə almış bütün idmançılara göstərilən xüsusi diqqət və qayğıya
görə Cənab Prezidentimizə şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm” –
deyə deputat fikilərinə davam edib.
Aktual.az
Xəbər 692 dəfə oxunub.