"Bu qayda pozuntusunu Aydan görmək mümkün idi"

  • İDMAN

"Chelsea" Premyer Liqanın 4-cü turunda "Swansea City" ilə səfər matçından 1 xalla dönüb - 2:2. "Zadəganlar"ın müdafiəçisi Qari Keyhill bu nəticəni ədalətli hesab etmir. 

Goal.az xəbər verir ki, ingilis futbolçu rəqibin vurduğu 2-ci qolda Leroy Fer tərəfindən qayda pozuntusuna məruz qaldığını düşünür.

"İkinci qol epizodunda mənə qarşı kobudluq vardı. Ciddi deyirəm, oyunun davam etməsi məni təəccübləndirdi. Bu qayda pozuntusunu Aydan görmək mümkün idi. Hakimlərin belə səhvi məni və komanda yoldaşlarımı ruhdan salır. Bu liqada böyük əhəmiyyətə malik 2 xal itirdik. İnanılmazdır, hakimlərdən heç biri qayda pozuntusunu görmədi".

Qeyd edək ki, oyunu Andre Marriner idarə edib.

Xəbər 893 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR