Bu marşrut xətti dəyişdirilir

Bu marşrut xətti dəyişdirilir

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

“Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq, aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Odur ki, 6 saylı xəttimiz Azadlıq metro stansiyasının önündən İçəri şəhər metro stansiyasına qədər hərəkət edəcək”, - deyə N. Allahyarova bildirib.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR