Bu küçədə hərəkət məhdudlaşdırılır

Bu küçədə hərəkət məhdudlaşdırılır

Paytaxtın Yasamal rayonunda avtomobil yolunda hərəkət məhdudlaşdırılır.

"Azəravtoyol” ASC-dən Aktual.az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.
 
Aktual.az
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR