Bu ixtisas sahibləri dövlət qulluğu imtahanında daha çox uğur qazanır - CƏDVƏL

Bu ixtisas sahibləri dövlət qulluğu imtahanında daha çox uğur qazanır - CƏDVƏL

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin aprelin 22-də keçirilmiş test imtahanı mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş namizədlərin ixtisasları üzrə statistik məlumatlar.


Dövlət İmtahan Mərkəzindən Aktual.az-a verilən məlumata görə, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə aprelin 22-də keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1490 namizəddən 658 nəfər (44.2%) uğur əldə edib. İmtahanda iştirak edənlərin nəticələrinin onların ixtisaslarının aid olduğu ixtisas (proqram) qrupları üzrə statistikasını təqdim edirik:

İxtisas qrupları üzrə məlumat

İxtisas qrupları

Qeydiyyatdan keçənlərin sayı

Test imtahanında uğur qazananların sayı

Faizlə

(%)

Təhsil

136

63

46.3%

Humanitar və sosial

364

155

42.6%

Mədəniyyət və incəsənət

16

7

43.8%

İqtisadiyyat və idarəetmə

592

271

45.8%

Təbiət

105

50

47.6%

Texniki və texnoloji

194

70

36.1%

Kənd təsərrüfatı

39

23

60%

Səhiyyə, rifah və xidmət

44

19

43.2%

Yekun

1490

658

44.2%

İxtisas qrupları üzrə qeydiyyatdan keçən namizədlərin sayı daha çox olan ixtisaslar haqqında məlumat

İxtisas qrupları və ixtisas

Qeydiyyatdan

keçənlərin sayı

Test imtahanında uğur qazananların sayı

Faizlə (%)

Təhsil - Tarix müəllimliyi

15

9

60%

Humanitar və sosial – Hüquqşünaslıq

78

39

50%

Mədəniyyət və incəsənət – Ədəbi yaradıcılıq

və ekran dramaturgiyası

2

1

50%

İqtisadiyyat və idarəetmə - İqtisadiyyat

92

46

50%

Təbiət - Ekologiya

19

9

47.4%

Texniki və texnoloji - İnformasiya texnologiyaları

və sistemləri mühəndisliyi

20

7

35%

Kənd təsərrüfatı - Torpaqşünaslıq və aqrokimya

5

3

60%

Səhiyyə, rifah və xidmət - Sosial iş

18

11

61.1%

Qeyd edək ki, ali təhsil ixtisası iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna aid namizədlərin (592 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə 39.7% təşkil edir.

Ali təhsil ixtisası mədəniyyət və incəsənət ixtisasları qrupuna aid namizədlərin (16 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə təxminən 1.1% təşkil edir.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR