Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist səfər edib?

Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist səfər edib?
  • DÜNYA

2018-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə Azərbaycandan 802 820 turist səfər edib.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Bu ilin 11 ayı ərzində Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,57 faiz artıb.
Bu müddət ərzində Türkiyəyə gələn əcnəbilər arasında Azərbaycan turistlərinin payı 2,24 faiz təşkil edib.
Təkcə bu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 59,1 min turist səfər edib ki, 2017-ci ilin noyabr ayı ilə müqayisədə bu, 9,51 faiz çoxdur.

Aktual.az
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR