Bu il körpələrə daha çox hansı adların verildiyi açıqlanıb

Bu il  körpələrə daha çox hansı adların verildiyi açıqlanıb

Bu ilin 8 ayı ərzində Azərbaycanda doğulan körpələrə daha çox Yusif adı verilib.

Aktual.az  Report-a istinadən bildirir ki, bu il doğulan oğlan uşaqlarından 2116-sına Yusif, 1444-nə Hüseyn adı verilib.

Bu il ərzində doğulan qızlara isə daha çox Zəhra (1829 ) adı verilib.
İlin ötən müddəti ərzində doğulan uşaqlara verilən adlar sırasında Nuray (1388), Fatimə (1185), Əli (1387), Aylin (1076), Zeynəb (1135), Ayan (858), Ömər (1086), Məhəmməd (875) kimi adlar ilk onluqda yer alıb.

Körpələrə verilən adlar arasında Amin (318), Dəniz (700), Damla 350) kimi adlar da üstünlük təşkil edib.

Bu il doğulan uşaqlardan 150-nə Günəş, 116-na İslam, 54-nə Ramazan,  30-na Amina, 28-nə Oğuz, 36-na Qurban adı verilib.

Uşaqlara qoyulan adlar arasında Aminna, Bulud, Rüzgar kimi adlar da yer alıb.  

Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR