Bu il Azərbaycanda nə qədər iş yeri açılıb? (RƏSMİ)

Bu il Azərbaycanda nə qədər iş yeri açılıb? (RƏSMİ)

Cari ilin altı ayı ərzində ölkədə 33,5 min yeni iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən Aktual.az-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 92 faizi qeyri-dövlət sektorunda yaradılıb.

Yeni açılmış iş yerlərinin 81,1 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 18,5 faizi digər regionların, o cümlədən 3,9 faizi Abşeron-Xızı, 2,6 faizi Şəki-Zaqatala, 2,1 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 1 faizi Qarabağ, 1 faizi Qazax-Tovuz, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,7 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 21,8 faizi tikinti, 19,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi emal sənayesi, 8,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi peşə, elmi və texniki fəaliyyət, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi informasiya və rabitə, 12,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2022-ci ilin altı ayı ərzində ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 43,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 44,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 55,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR