Bu il Azərbaycan ərazisində 7000-ə yaxın zəlzələ qeydə alınıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, onların 80-dan çoxunun maqnitudası 3 ml-dən yuxarı olub. Bunların 17-i (ml=3.1-5.9) hiss olunan zəlzələ olub.
Bu illin 1-ci rübündə Xəzər akvatoriyasında qeydə alınmış ən yüksək maqnitudalı zəlzələ ml=5.4 olub. Zəlzələ 22 mart saat 22:45:25-də Mərkəzi Xəzərdə qeydə alınıb və hiss olunmayıb.
Bu ilin 2-ci rübündə ən güclü zəlzələ Goranboyda (26.05.2015- ml=4.7), 3-cü rübündə Oğuz ərazisində (04.09.2015 – ml=5.9), 4-cü rübündə Oguzda (13.10.2015 - ml=4.0) baş verib: “2015-ci ildə baş vermiş, maqnitudası ml≥4 olan zəlzələlərə proqnostik əyrilərdə anomaliyalar aşkar edilib: "Proqnostik əyrilərdə aşkarlanmış anomaliyaların davamlılığı episentral məsafədən asılı olaraq 1-2 gündən 14-25 günə qədər dəyişir. Episentral məsafə nə qədər azdırsa, bir o qədər gec ən yaxın stansiyanın reaksiyası baş verir”.