Bu il Azərbaycanda 545 şəxsə müəlliflik hüququ verilib

Bu il Azərbaycanda 545 şəxsə müəlliflik hüququ verilib

Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 545 şəxsə müəlliflik hüququ verilib.

Əqli Mülkiyyət Agentliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, cari ilin yanvar-avqust ayları ərzində ərzində müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 548 müraciət daxil olub.
Həmin müəllif hüquq sahiblərinin və hüquqi şəxslərin 545-nə müsbət, 3 müraciətə isə dövlət qeydiyyatından imtina qərarı verilib.
Müraciətlər əsasən müəlliflik hüququ obyektlərinin aşağıda göstərilən növlərini əhatə edib:
- Kompüter proqramları
- Məlumat topluları
- Multimedia məhsulu
- Elmi əsərlər və dərs vəsaitləri
- Ədəbi əsərlər
- Dram, musiqili dram və digər səhnə əsərləri
- Mətnli və mətnsiz musiqi əsərləri
- Audiovizual əsərlər
- Heykəltəraşlıq, rəngkarlıq, qrafika
- Dizayn və digər təsviri sənət əsərləri
- Dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri
- Törəmə əsərlər
- Toplular (tərtibat əsərləri)
- Memarlıq, şəhərsalma və bağ park əsərləri.
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR