Bu il 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub

Bu il 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Nazirlikdən Aktual.az-a verilən məlumata görə, bu ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.
Müsabiqədən uğurla keçən şəxslər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

Aktual.az
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR