Bu il 2 minə yaxın açıq ürək əməliyyatı keçirilib

Bu il 2 minə yaxın açıq ürək əməliyyatı keçirilib

Azərbaycanda artıq 25 uşağa sümük iliyi köçürülüb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına 2014-cü ildən başlanılıb.

Nazirlikdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub, 391 uşağın üzərində kardiocərrahiyyə əməliyyatı həyata keçirilib.

Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb.

2015-ci il ərzində 81 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.

Nazirlikdən qeyd edilib ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 34 mərkəzdə üç minə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR