Bu hərbi məktəblər xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb

Bu hərbi məktəblər xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb

Prezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Aktual.az -ın məlumatına görə, dəyişikliklə, “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilib.

Bununla, Müdafiə Nazirliyinin strukturundakı Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR