Bu gün Milli Dirçəliş günüdür

Bu gün Milli Dirçəliş günüdür

1988-ci il Bakıdakı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb. 

Aktual.az xəbər verir ki, dekabrın 4-dək davam edən mitinqlərə 1 milyonadək insan toplaşırdı. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Bu, SSRİ-də ən böyük kütləvi çıxışlar idi və Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. 1992-ci ildə 17 noyabr Milli dirçəliş günü elan edilib.

Milli Dirçəliş Günü dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ildə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən iş günü sayılır.
 
Aktual.az
Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR