Bu gün istefa verən Sudan prezidenti həbs olundu

Bu gün istefa verən Sudan prezidenti həbs olundu

Bu gün Sudanda baş vermiş hərbi çevrilişdən sonra istefaya gedən prezident Ömər əl-Bəşiri həbs olunub.

Aktual.az xəbər verir ki, bu barədə müdafiə naziri Əvad bin Auf televiziya vasitəsilə xalqa müraciətində bildirib.
Nazir prezidentin harada və nə zaman həbs olunduğu barədə məlumat verməyib. 

O, həmçinin qeyd edib ki, Ömər əl-Bəşirin rejimi çökdürülüb.
Eyni zamanda, Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin sabiq baş naziri Sadiq əl-Mehdi "əl-Hədəs" telekanalına deyib ki, hərbi çevriliş nəticəsində devrilmiş Sudan prezidenti Ömər əl-Bəşir və onun yaxın adamları ev dustaqlığındadır. 
Xəbər 135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR