Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək

Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək

Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatçısı müəyyənləşəcək.

"Report"un məlumatına görə, 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək. Bu komandalar DÇ-2018-də ikinci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu - 1:0.
"Qırmızı şeytanlar" 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin baş məşqçi olduğu kollektiv yarımfinalda Fransa səddini keçə bilməyib.
İngiltərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb. 
DÇ-2018
14 iyul 
3-cü yer uğrunda oyun
18:00. Belçika – İngiltərə
Baş hakim: Alireza Faqani (İran) 
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu
 
Aktual.az
Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR