Bu gün 3 ölkənin müdafiə nazirləri görüşəcək

Bu gün 3 ölkənin müdafiə nazirləri görüşəcək

Bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

 Türkiyənin Giresun şəhərində baş tutacaq görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoria iştirak edəcək. 
Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. Nazir səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.


Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR