Bu dəmir yolu Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək - İranın planı

Bu dəmir yolu Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək   - İranın planı

İran Türkiyə, Azərbaycan (Naxçıvan Muxtar Respublikası) və Ermənistanın şəhərlərini birləşdirəcək dəmir yolu xətti inşa etməyi planlaşdırır.

Bu barədə İranın yol və şəhər inkişafı naziri Abbas Axundiyə istinadən "İran.ru" agentliyi məlumat yayıb.

Axundi bildirib ki, İran ölkənin şimal şəhəri Rəşt və Türkiyəni dəmir yolu vasitəsi ilə birləşdirməyə çalışır.

"Biz Rəştdən Zəncan və Təbriz istiqamətində bütün dəmir yollarını hazırlayırıq. Bu dəmir yolu Türkiyə, Ermənistan və Naxçıvanın şəhərlərini birləşdirəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində həm qatarların hərəkət sürətinin, həm də yük daşıma gücünün artırılması nəzərdə tutulub. Axundi bildirib ki, bu plana, həmçinin Təbriz və onları Azərbaycanla birləşdirmək üçün İranın Gilan əyalətinin şəhərləri daxildir.

Ermənistan və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsi çoxdan mövcuddur, lakin o, Dağlıq Qarabağ münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərmir. //Report.az 

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR