Bu dəfə nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

Bu dəfə nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.

Aktual.az report-a istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.

O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcəklər: "Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər. Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq".

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək. 
 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR