“Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik” – Tramp

 “Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik” – Tramp
  • DÜNYA

 "Görüşdə Kim Çen In nüvə və raket sınağı keçirməyəcəklərinə vəd verdi”.

"Report” "CNNTurk”ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vyetnamın paytaxtı Hanoyda Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
"Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi. Onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşəməni həyata keçirmək istəyirər. Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik. Bununla belə görüş məhsuldar oldu. İkitərəfli əməkdaşlıq üçün çox böyük potensial var”, - Donald Tramp vurğulayıb.
Onun sözlərinə görə, Şimali Koreya problemi üzrə Rusiya, Çin, Cənubi Koreya və Yaponiyanın əməkdaşlıq etməsi vacibdir.
ABŞ lideri əminlikə bildirib ki, Kim Çen Inla dost olaraq qalır.
Qeyd edək ki, fevralın 27-də Donald Trampla Kim Çen In arasında görüş olub.
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR