Bu axşam paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Bu axşam paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını  xahiş edir.
 
Aktual.az
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR