Britaniyanin AB-dən çıxması manata necə təsir edəcək? - Mərkəzi Bankdan açıqlama

Britaniyanin AB-dən çıxması manata necə təsir edəcək?   - Mərkəzi Bankdan açıqlama

“Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında “Brexit”lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır”.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR