Britaniya yeni baş nazirinin adı iyunun sonunda bilinəcək

Britaniya yeni baş nazirinin adı iyunun sonunda bilinəcək

Böyük Britaniya baş naziri Tereza Meyin xələfinin adı 28 iyun tarixinədək bilinəcək.

"Report" xəbər verir ki, bu barədə "Komitə 1922"yə istinadən "SkyNews" məlumat yayıb.
Parlamentin Mühafizəkarlar fraksiyasında Britaniya baş naziri postuna ilk səsvermə iyunun 13-də keçiriləcək. Ardınca daha bir neçə mərhələ 18, 19 və 20 iyun tarixlərinə təyin olunub. İki finalçının iştirak edəcəyi yekun səsvermə, telekanalın məlumatına görə, bu ayın 22-dən 28-dək keçiriləcək.
Krallığın baş naziri postuna ilkin olaraq 13 nəfər iddia edirdi. Sonradan onlardan ikisi öz namizədliklərini geri götürüb.
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR