Britaniya vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırdı

Britaniya vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırdı

Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya XİN-in Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Pri yarışlarını izləmək istəyən ölkə vətəndaşları üçün yayılmış xəbərdarlığında bildirilir.

Xəbərdarlıqda qeyd olunub ki, Azərbaycan tərəfini əvvəlcədən məlumatlandırmadan Dağlıq Qarabağa səfər edən hər kəsə Azərbaycana getmək qadağan olunacaq".

Məlumatda vurğulanıb ki, hər il Azərbaycana 7 minə yaxın Böyük Britaniya vətəndaşı səfər edir.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR