Britaniya Baş nazirinin elçisi Azərbaycana səfər edəcək

Britaniya Baş nazirinin elçisi Azərbaycana səfər edəcək

Böyük Britaniyanın Baş nazirinin ticarət məsələləri üzə elçisi xanım Baronessa Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın sonunda Azərbaycana səfər edəcək.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Meri Kroft deyib.

Səfirin sözlərinə görə, heyətin tərkibinə Britaniyanın təqribən 20 şirkətini təmsil edən nümayəndələr daxil olacaq.

Diplomat əlavə edib ki, Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının ikinci iclası gələn il Azərbaycanda keçiriləcək.

K.Kroft ilk iclasın bu il Londonda keçirildiyini də xatırladıb: "Azərbaycan hökuməti ilə Böyük Britaniya yaxından əməkdaşlıq edir, müxtəlif görüşlər təşkil edilir. Dövlətlərarası komissiyanın növbəti görüşü isə gələn il Azərbaycanda baş tutacaq".
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR