Braziliyada bir gündə COVD-19-dan 1 000-dən çox insan ölüb

Braziliyada bir gündə COVD-19-dan 1 000-dən çox insan ölüb

Braziliyada koronavirus qurbanlarının sayı 35 min nəfəri ötüb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutka ərzində ölkədə daha 1 005 nəfər COVID-19-un qurbanı olub.
Ötən gün ərzində koronavirusa 30 830 yoluxma qeydə alınıb.
Son məlumatlara görə, Braziliyada COVID-19-a ümumilikdə 645 771 yoluxma qeydə alınıb, 35 026 nəfər ölüb.
ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, Braziliya dünyada koronavirus qurbanlarının sayına görə ABŞ və Britaniyadan sonra üçüncü yerdə qərarlaşıb. Ölkə həmçinin təhlükəli virusa yoluxma hallarının sayına görə dünyada ABŞ-dan sonra ikincidir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR