BQXK Elnur Hüseynzadə ilə görüşmək üçün tərəflərlə danışıqlara başladı

BQXK Elnur Hüseynzadə ilə görüşmək üçün tərəflərlə danışıqlara başladı

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin əlinə düşən Elnur Hüseynzadə ilə bağlı tərəflərlə dialoqa başlayıb.

Aktual.az  xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır: "Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nin mandatıdır".
 
Qeyd edək ki, Azərbaycan vətəndaşı E.Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. 

Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR